Runinin ona sualı var: Başqa yerə getməli olduğunu bilirsən?
Ueyn Runi Markus Reşfordun “Mançester Yunayted”dəki gələcəyi ilə bağlı danışıb.
Aut.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq futbolçusu bu barədə “Sky Sports”a danışıb.
“Biz hamımız bilirik ki, Markus yüksək səviyyədə oynamağa qadirdir. Mənə sadəcə maraqlıdır, Markus özü başqa yerə getməsinin vaxtı çatdığını bilir? Mən bilmirəm. Məncə, bu sualı özünə verməlidir.
Onun bu klubda qalmasını və rekordlar qırmasını istəyirəm. Ancaq o, fikirlərini toplamalı, sakitləşməli və ola biləcəyi oyunçu olmalıdır”, – Runi deyib.
Aut.az
