Onları niyə Avro-2024-ə aparmadığını özlərinə izah edib
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Avropa çempionatı üçün heyəti açıqladıqdan sonra “Borussiya”nın müdafiəçisi Mats Hummels və “Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretskinin siyahıda olmamasına münasibət bildirib.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Onlarla çox uzun söhbətlərimiz oldu. Çox əsəbidirlər. Bu, başa düşüləndir. Klub məşqçisi işlədiyim vaxtlarda da oxşar problemlərim var idi, sonra da xoşuma gəlməyib.
Amma baş məşqçi kimi komandanın mənafeyinə uyğun qərarlar verməliyəm. Onlar Avro-2024-də olmaq üçün hər şeyi etdilər. Niyə ora getmədiklərini izah etməyə çalışdım. Bu söhbətlərin pis getdiyini söyləməyəcəyəm, amma şübhəsiz ki, həyatda daha xoş söhbətlər var”.
Aut.az
