“Siti” Ömərə görə ilk təklifi göndərdi
“Mançester Siti” “Ayntraxt”ın hücumçusu Ömər Marmuşun transferi üçün ilk rəsmi təklifi edib.
Aut.az xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat verib.
Mənbənin sözlərinə görə, “şəhərlilər”in təklifi alman klubunun rəhbərliyinin gözləntilərini doğrultmasa da, tərəflər nikbindirlər. Müqavilənin bu həftə bağlana biləcəyi ehtimalı yüksəkdir.
Bu mövsüm misirli hücumçu bütün yarışlarda 25 matçda iştirak edərək 19 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 60 milyon avrodur.
Aut.az
