“Siti” ilk dəfə…
“Mançester Siti” İngiltərə çempionatının 12-ci turunun ev oyununda “Tottenhem”ə böyük hesabla uduzub – 0:4.
Aut.az xəbər verir ki, Pep Qvardiolanın rəhbərliyi altında “şəhərlilər” ilk dəfə Premyer Liqada öz meydanında 4 top fərqi ilə uduzub. Bu barədə “Squawka” məlumat yayıb.
Bu məğlubiyyət “şəhərlilər” üçün ardıcıl beşinci olub. Əvvəllər “Mançester Siti” Liqa Kubokunda “Tottenhem”ə (1:2), Çempionlar Liqasında “Sportinq”ə (1:4), həmçinin Premyer Liqada “Bornmut”a (1:2) və “Brayton”a (1:2) uduzmuşdu.
“Mançester Siti” 67 ildə ilk dəfə bütün yarışlarda ardıcıl 5 məğlubiyyətə uğrayan İngiltərənin ilk çempionu olub. Sonuncu dəfə 1956-cı ilin martında “Çelsi” ilə belə hal baş verib.
Aut.az
