Günün gözəli: Lamin Yamalın yeni ilham pərisi – FOTOLAR
“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal italyan model Anna Cenoso ilə əlaqələndirilir.
Aut.az xəbər verir ki, qız Milanda yaşayır, lakin “Napoli” və şəxsən Xviça Kvaratsxeliyanı dəstəkləyir.
O, “Instagram”da 571k və “TikTok”da 804k izləyici toplayan, uzun müddətdir modellik edən tələbədir. Qız aktrisa olmaq arzusundadır.
Bildirilir ki, Anna “Atletik Bilbao”nun hücumçusu Niko Uilyamsla dostdur və Yamal keçmiş sevgilisi Aleks Padilladan ayrıldıqdan sonra dostuna baş çəkməyə gəldiyi Marbelyada Laminlə tanış olub.
Ancaq görünür, indi Lamin daha dəbdəbəli bir gözəlliyi ilham pərisi kimi seçib.

