Dieqo Simeone tarixə düşdü: Bunu bacaran ilk məşqçi oldu
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın tarixinə düşüb.
Aut.az xəbər verir ki, o, çempionatda ən çox oyun keçirən məşqçi olub.
Argentinalı mütəxəssisin rəhbərlik etdiyi Madrid klubu 14-cü turda “Alaves”lə (2:1) qarşılaşıb. Beləliklə, 54 yaşlı Simeone bütün yarışlarda La Liqa komandasının başında 700 matç keçirən ilk məşqçi olub.
Dieqo 2011-ci ildən Madrid klubuna rəhbərlik edir. Bu müddət ərzində “Atletiko” 413 oyunda qalib gəlib, 156-da heç-heçə edib və 131 oyunda məğlub olub.
Aut.az
