Dünya futboluİspaniya

Marselonun karyerasında ən çətin oyun: Cəhənnəm idi, topu belə görmədik

Marselo İker Kasilyasın podkastının yeni bölümünün qonağı olub.

Aut.az xəbər verir ki, “Real”ın keçmiş qapıçısı qonağına karyerasının ən çətin matçı haqda sual verib.

Marselo 2010-cu ildə “Kamp Nou”da “Barselona”ya 0:5 hesablı məğlubiyyəti seçib:

“Kamp Nou”da 0-5. Cəhənnəm idi, biz topu belə görmədik, elə bil o gecə gözümüz bağlı idi. Mən “burda nə baş verir?” deyirdim. Aman Allahım, Xavi, İnyesta, Pedro, hamı var idi”.

Kasilyas qeyd edib: “O zaman tarixin ən yaxşı “Barsa”sına qarşı oynayırdıq, elə deyilmi?”

Marselo sözlərinə belə davam edib: “Pedro. Çox adam onu ​​xatırlamır. İnyesta, Xavi, Messi, hamısı dövrün böyük oyunçuları idi”.

Kasilyas razılaşıb: “Bəli, bəli. Onların gözəl komandası var idi, düzünü deyək”.

Aut.az