Kimmix Bundesliqa tarixinin ideal komandasını “yığdı” – Etirazla üzləşdi
“433” portalının xahişi ilə Coşua Kimmix Bundesliqa tarixinin ən yaxşı oyunçularından ibarət simvolik komanda tərtib edib.
Aut.az xəbər verir ki, “Bayern”in yarımmüdafiəçisinin versiyası olduqca mübahisəli olub:
“Manuel Noyer qapıçı olacaq. Filip Lam sağ, David Alaba isə sol cinah müdafiəçisi olacaq. Dayot Upamekano mərkəzdə Frans Bekkenbauerlə birlikdə çıxış edəcək.
Sonra Xabi Alonso, Toni Kroos və Florian Virtz olacaq. Hücumun solunda Frank Riberi, sağda isə Kinqsli Koman lacaq. Mərkəzdə isə Camal Musialanı seçəcəyəm”.
Kimmixin videosunun altındakı şərhlərdə bir çoxu onun mövqeyi ilə razılaşmır. Azarkeşlər, əlbəttə ki, Riberini Aryen Robbenlə cütləşdirməyi təklif edir, Upamekanonu isə Mats Hummels və ya Jerom Boatenq əvəzləməlidir.
Azarkeşlər hesab edirlər ki, Robert Levandovski və ya Herd Müller hücumda olmalıdır. Fanatların təklif etdiyi digər adlar arasında Tomas Müller, Marko Roys, Bastian Şvaynştayqer və Məsut Özil də var.
Aut.az
