“Bavariya” rəsmisi ÇL-in finalında bu komandaya azarkeşlik edəcək – Səbəb odur ki…
“Bavariya”nın idman direktoru Maksimilian Eberl Çempionlar Liqasının yarımfinalının “Real”la cavab oyunundakı (1:2) hakimlikdən danışıb.
Aut.az xəbər verir ki, “Bavariya” rəsmisi “Real”a oyundakı ədalətsizliyə görə, ÇL-in finalında əzəli rəqib “Borussiya”ya azarkeşlik edəcəklərini bildirib.
“İzah ediləcək bir şey yoxdur. Heç nə izah etmək istəyi yoxdur. VAR nə vaxtdan fəaliyyət göstərir? Neçə ildir bu ofsayd qaydası var? Mənim üçün bu son dərəcə qəribə və şübhəlidir.
O, fiti çaldı ki, heç bir video köməkçi müdaxilə edə bilməsin. Hakim bunun onun səhvi olduğunu dedi. Biz buna əhəmiyyət vermirik. Buna görə də finalda “Borussiya” üçün barmaqlarımın üstündə duracağam”, – “Sky Sports” funksionerin sözlərini sitat gətirib.
Aut.az
