İngiltərə nəhəngləri onu istəyir
“Krital Pelas”ın futbolçusu Maykl Olise yeni mövsümdən İngiltərədə nəhənglərin birinin heyətində çıxış edə bilər.
Aut.az xəbər verir ki, “Mançester Yunayted”, “Arsenal” və “Aston Villa” 22 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə “Football Transfers” məlumat yayıb.
Qeyd edək ki, Olise cari mövsüm Premyer Liqada 17 oyun keçirib, 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
