Müasir futbolda Bekhemə bənzəyən oyunçu -Özü açıqladı
İngiltərə yığmasının keçmiş kapitanı Devid Bekhem “Liverpul”un futbolçusu Trent Aleksandr-Arnoldu özünə bənzəyən müasir futbolçu kimi görür.
Aut.az xəbər verir ki, Bekhem bunu “Mançester Yunayted”dəki keçmiş komanda yoldaşı Rio Ferdinando ilə podkastda etiraf edib.
“Düşünürəm ki, baxdığım və düşündüyüm bir oyunçu var. Bu Trentdir. O, topa toxunma tərzində mənə çox bənzəyir. Topu atarkən və ya ötürmə tərzində mənə çox bənzəyir.
Düzünü desəm, onun inanılmaz oyunçu olduğunu düşünürəm. Baxışı, inanılmazdır. O, müstəsna futbolçudur. Ona baxanda düşünürəm ki, özümü onda görürəm. Bilirsiniz, o, bəzi oyunçuların ağlına belə gətirmədiyi ötürmələr edir və bir oyunçu kimi mənim onda xoşum gələn budur”.
Aut.az
