Çempionlar Liqası

ÇL: “Qarabağ”ın rəqibi hansı komanda olacaq?

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın rəqibi bu gün məlum olacaq.

Aut.az xəbər verir ki, 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq “köhlən atlar”ın rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək.

Ağdam təmsilçisi səpələnmişlər siyahısında yer alacaq.

Tədbir saat 14:00-da başlayacaq.

UEFA-nın təlimatına əsasən Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.