Çempionlar Liqası

PSJ və Enrike razılığa gəldilər

PSJ-nin baş məşqçisi Luis Enrike klubla müqaviləsini daha 4 il uzadacaq.

Aut.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Paris klubu və ispaniyalı mütəxəssis yeni uzunmüddətli müqavilə ilə bağlı razılığa gəlib. Tərəflər Çempionlar Liqasının finalından əvvəl əl sıxsalar da, rəsmi açıqlamanı mövsümün sonuna qədər təxirə salıblar.

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Budapeştdəki qələbədən sonra bildirib ki, Luis Enrike Parisdə özünü son dərəcə rahat hiss edir və bütün diqqətini komandanın inkişafına yönəldib. Klub rəhbərliyi ispaniyalı çalışdırıcıya tam etimad göstərir.

PSJ “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib (əsas və əlavə vaxt 1:1) və ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.