İspaniya

Bellingem derbidə oynayacaq?

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın 7-ci turunda “Atletiko”ya qarşı oyunda əsas heyətə qayıda bilər.

Aut.az xəbər verir ki, bu barədə “Universal Madrid” məlumat yayıb.

Madrid derbisi sentyabrın 28-də keçiriləcək. İngiltərəli yarımmüdafiəçi həmin vaxta kimi hazır ola bilər.

Xatırladaq ki, 22 yaşlı futbolçu çiynindən əməliyyat olunub. Bəzi mənbələr onun yalnız oktyabrın sonu və ya noyabrın əvvəlində meydana qayıda biləcəyini bildirsə də, bərpa prosesi gözlənildiyindən daha sürətli gedib.

Aut.az