Dünya futbolu

İlyarımlıq seriya başa çatdı

Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunun oyununda “Əl-Hilal” məğlub olub.

Aut.az xəbər verir ki, “Əl-Xəlic” klubu ilə görüş 3:2 hesabı ilə başa çatıb. Bununla Jorje Jesuşun rəhbərlik etdiyi komandanın məğlubiyyətsizlik seriyası başa çatıb. “Əl-Hilal” 2023-cü ilin mayından bəri daxili çempionatda ilk dəfə uduzub.

Bu məğlubiyyətə baxmayaraq, “Əl-Hilal” 11 turdan sonra 28 xalla Səudiyyə Ərəbistanı Liqasında liderliyini davam etdirir.

Aut.az