Ad gününə gedəcək, ona görə də…
“Barselona”nın baş məşqçisi Xavi komandasının La Liqanın 8-ci turunda “Sevilya” üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Aut.az xəbər verir ki, mütəxəssis onu da etiraf edib ki, şənbə günü “Jirona” – “Real” matçına baxmayacaq.
“Düşünürəm ki, yaxşı oynadıq. Yaxşı hücuma keçdik, amma uzun müddət qol çatışmadı. Oyunumuzdan razıyam. Bu, ən yaxşı matçlarımızdan biridir. Avropa Liqasının qalibi olan əla komandaya qarşı yaxşı futbol göstərdik.
Sabah ad günündə olacam. “Jirona” – “Real” matçına baxa bilməyəcəm. Bizim üçün vacib olan odur ki, qalib gəldik və böyük komandaya qarşı yaxşı oynadıq”, – “Barselona”nın baş məşqçisi bildirib.
Aut.az
