Boks

İmzaladılar, o döyüş olacaq

Ağır çəkili boksçular Tayson Fyuri və Aleksandr Usik çempionluq döyüşü üçün müqavilə imzalayıblar.

Aut.az xəbər verir ki, bu barədə ESPN-in jurnalisti Mayk Koppinger məlumat yayıb.

Döyüş 2023-cü ilin sonunda baş tutmalıdır, ilkin tarix 23 dekabrdır. Əgər dekabrda döyüş təşkil etmək mümkün olmasa,  o zaman 2024-cü ilin yanvarında mütləq keçiriləcək. Məkan mütləq Səudiyyə Ərəbistanı olacaq.

Eyni zamanda, Tayson Fyuri ilə UFC döyüşçüsü Frensis Nqannu arasında döyüş hələ də qüvvədədir. Həmin döyüş də oktyabrın 28-də Səudiyyə Ərəbistanında da keçiriləcək.

Maraqlıdır ki, bir ay əvvəl Tyson Fury Aleksandr Usiklə döyüşün artıq aktual olmadığını söyləmişdi.

Aut.az