Boks

Kliçko Usikə tövsiyə etdi: Bu döyüşdən qaç, sənə lazım deyil

Əfsanəvi ukraynalı boksçu Vladimir Kliçko Aleksandr Usik və britaniyalı Daniel Dyubua arasında mümkün revanş görüşü haqda danışıb.

Aut.az xəbər verir ki, Kliçko Usikə bu döyüşdən yayınmağı tövsiyə edib.

“Düşünmürəm ki, Usikin indi Dyubua ilə revanş matçına ehtiyacı var. Bu mənim fikrimdir, çünki Aleksandr artıq hamıya qalib gəlib”, – Kliçko bildirib.

Xatırladaq ki, Usikin Fyuri ilə revanş görüşündə qələbəsindən sonra Dyubua ukraynalını döyüşə çağırıb. Usik razılaşıb.

2023-cü ildə Dyubua 9-cu raundda Usikə nokautla uduzub.

Aut.az