Taysonla döyüşməyə hazırdır, amma əvvəlcə…
Boksçu Entoni Coşua hələ də Tayson Fyuri ilə döyüşün baş tuta biləcəyinə inanır, lakin hələlik idmançının Deontey Uaylderlə bağlı planları var.
“Fyuri ilə döyüş? Biz azarkeşlər üçün mübarizə aparırıq, onların nə istədiklərini bilirik. Mənim işim bu döyüşü reallaşdırmaqdır. Mən buna 100% hazıram, hər şey Fyuri və komandasının əlindədir. Amma hər şey tədricən baş verir.
“Dekabrda döyüşmək, sonra Uaylderlə rinqə çıxmaq istəyirəm. Mən qalib gəlməliyəm və bundan sonra biz Fyuri haqqında danışa bilərik”, – Coşua bildirib.
Hazırda boksçunun komandası dekabrda keçiriləcək döyüş üçün ona rəqib tapmağa çalışır.
Aut.az
