İman Xəlif etiraf etdi: O sənədləri qovluqda da görməmişəm
Boks üzrə olimpiya çempionu İman Xelif Beynəlxalq Boks Assosiasiyası (ABB) tərəfindən 2023-cü ildə keçirilən dünya çempionatından diskvalifikasiya edilməsindən danışıb.
“Mən bu sənədləri hətta qovulduqda belə görməmişəm. Həmin gün müsabiqədə iştirak etməyəcəyimi bildirən bir kağız vərəqi gətirdilər və imza atmağımı istədilər.
Vəziyyət mənə ağlasığmaz görünürdü, finala çıxsam da, döyüşə bilməyəcəyimə inana bilmirdim. Qızıl medal arzusunda idim, sonra bu arzum dağıldı, şoka düşdüm. Daha sonra test nəticələri göndərildi, lakin onlar təfərrüatlı deyildi. Mən və Əlcəzair Boks Federasiyası apellyasiya şikayəti verdik. Və sonra anladıq ki, artıq ABB-yə etibar yoxdur”, – deyə Xəlif “Rai”yə müsahibəsində bildirib.
Aut.az
