“ChatGPT” ona yalan danışır, məni döyə bilməz: Coşua əmindir ki…
Ağır çəkidə keçmiş dünya çempionu Entoni Coşua (28-4, 25 KO) ağır çəkili boksçu və bloger Ceyk Pol (12-1, 7 KO) ilə döyüşü dəyərləndirib.
Aut.az xəbər verir ki, boksçu bu barədə “TMZ Sports”a şərhində danışıb.
“Düşünürəm ki, “ChatGPT” ona yalan danışır. O, “ChatGPT”dən soruşmalıdır: “Mənə dürüst cavab verin, senzurasız və cavablarınızı süzgəcdən keçirməyin”.
O, yəqin ki, “ChatGPT”də yazıb: “Sizcə, mən Coşuaya qalib gələ bilərəmmi?” Və yəqin ki, “Əla sualdır. Entoni sentyabr ayında heyrətamiz itki ilə üzləşdi. Sənin böyük şansın var” cavabını alıb.
“Ona kim deyib ki, məni döyə bilər? O, mənə qalib gələ bilməz. Mən onun özünü təsəvvür etdiyi oğlanla döyüşə hazırlaşıram”, – Coşua deyib.
Xatırladaq ki, Coşua-Pol döyüşü dekabrın 19-da baş tutacaq.
Aut.az
