Ukraynanı “satdı” – Mükafatları əlindən alınacaq
Ukrayna boks komandasının keçmiş məşqçisi Vladimir Dvortsov Mariupolda keçirilən “boks bayramı” üçün Rusiyaya təşəkkür edib.
Aut.az xəbər verir ki, buna görə onun bütün mükafatları əlindən alınacaq. Dvortsov deyib:
“Çox şadam ki, məni bu boks festivalına dəvət ediblər. Baş verən hər şeyə baxmayaraq, Mariupolda boks inkişaf edir, mən həmişə bu işdə kömək etməyə hazıram. Turnirlərin keçirilməsi mənim üçün yaxşı xəbərdir. Hər kəsi bayram münasibətilə təbrik edir, hər kəsə cansağlığı, xoşbəxtlik və əlbəttə ki, sülh arzulayıram”.
Ukrayna Boks Federasiyası artıq rəsmi açıqlama verib:
“Bu yaxınlarda Mariupolda 120-yə yaxın idmançının iştirak etdiyi turnir keçirilib. Rusiya Federasiyasının bayraqları altında keçirilən turnirə FBU-nun keçmiş rəhbəri Prodivus ilə çox mehriban münasibəti olan Vladimir Dvortsov da iştirak edib. Ukrayna Boks Federasiyası Gənclər və İdman Nazirliyinə rəsmi müraciət ünvanlayacaq ki, Dvortsovu Ukraynada ona verilmiş bütün mükafatlardan məhrum etsin”.
Aut.az
