Əfsanə onunla görüşə razılıq verdi: Sonuncu döyüşü olacaq
Təcrübəli ağır çəki boksçusu Derek Çisora Deontey Uaylder ilə döyüş barədə razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə Böyük Britaniya və ABŞ KİV-lərinin məlumat yayıb.
Bildirilir ki, qarşılaşma aprel ayında baş tutacaq və bu, britaniyalı boksçunun karyerasında son döyüş olacaq. Çisora 50-ci peşəkar görüşündə azarkeşlərlə layiqli şəkildə vidalaşmaq niyyətindədir.
42 yaşlı Çisora indiyədək keçirdiyi 49 döyüşdə 36 qələbə qazanıb və 13 məğlubiyyət alıb.
Aut.az
