Boks

Promouter açıqladı: Coşua və Fyuri arasında neçə döyüş olacaq?

Promouter Frenk Uorren Entoni Coşua (29-4, 26 KO) ilə Tayson Fyuri (35-2-1, 24 KO) arasında bağlanan müqavilənin detalları barədə danışıb.

Aut.az xəbər verir ki, “BBC Sport”a danışan “qaraçı kralı”nın nümayəndəsi britaniyalı ağır çəkili boksçuların bir döyüş üçün razılığa gəldiyini təsdiqləyib:

“Bəli, Tayson və Coşua rinqə çıxanda, məğlub olan üçün bu, son olacaq. Hər şey bununla bitəcək. Mən məğlub tərəf üçün başqa yol görmürəm. Qalib isə növbəti addımını özü seçəcək”,

Coşua ilə Fyuri arasında döyüşün 2026-cı ilin dördüncü rübündə keçirilməsi planlaşdırılır. Qarşılaşmanın oktyabr ayında baş tutacağı ehtimal olunur, əsas namizəd məkan isə Londonun “Uembli” stadionudur.

Aut.az