“Bayern” Kvaratsxeliyanın qardaşı uğrunda mübarizəyə qoşuldu
“Bayern” PSJ-nin ulduzu Xviça Kvaratsxelianın kiçik qardaşı Tornike Kvaratsxeliyanı transfer etməkdə maraqlıdır.
Aut.az xəbər verir ki, bu barədə “Gazzetta.ge” məlumat yayıb.
Böyük qardaşı kimi, Tornike də futbol karyerasına Tbilisi “Dinamo”sunun Akademiyasında başlayıb. Son həftələrdə 16 yaşlı futbolçu əsas komanda ilə məşqlərə çıxır. Onun böyüklər arasında debütü tezliklə gözlənilir.
Kiçik Kvaratsxeliya həmçinin sol cinah yarımmüdafiəçisi kimi də oynayır. O, müxtəlif yaş qrupları üzrə Gürcüstanın gənclər milli komandalarında doqquz oyunda iki qol vurub.
“Bayern”dən başqa, “Yuventus”, “Napoli” və bir sıra Belçika klubları da Tornik Kvaratsxeliya ilə maraqlanır.
Aut.az
