Dünya futbolu

“Spartak”a verilən Rusiya kuboku çilik-çilik oldu – VİDEO

24 mayda Moskvada “Lujniki” stadionunda keçirilən Rusiya Kubokunun finalında “Spartak” “Krasnodar”ı məğlub etdi.

Oyun əsas vaxtda 1-1 hesabı ilə başa çatdı. Penaltilər seriyasında “Spartak” 4-3 hesabı ilə qalib gəldi.

Aut.az xəbər verir ki, oyundan sonra sosial mediada kubokun “Spartak”ın argentinalı futbolçu Pablo Solarinin əlində qırıldığını göstərən video yayılıb. RFU-nun Tədbirlər və Marketinq Kommunikasiyaları Departamentinin direktoru Kirill Tereşin “Spartak”ın yeni kubok alacağını bildirib.

Aut.az