Məşhur klubun sahibləri hakimlərə rüşvət təklif ediblər: Cinayət işi açıldı
Moskvanın “Torpedo” klubunun sahibi Leonid Sobolev və direktoru Valeri Skorodumov hakim Maksim Perezvaya Birinci Liqanın üç oyununda “Torpedo”nun qələbəsi üçün 6 milyon rubl və bonuslar vəd ediblər.
Aut.az xəbər verir ki, bu barədə “Gazeta.ru” insayder İvan Karpova istinadən məlumat yayıb.
Sözügedən oyunların “Rodina”, “Şinnik” və “Ural” komandalarına qarşı olduğu iddia edilir. Təklifi alan Perezva hüquq-mühafizə orqanlarına şikayət edib. İttihamların iyunun 21-də təqdim ediləcəyi gözlənilir.
Bundan əvvəl məlum olub ki, Sobolev və Skorodumova qarşı Cinayət Məcəlləsinin 184-cü maddəsinin 2-ci hissəsi (“Rəsmi idman yarışının nəticəsinə qanunsuz təsir”) ilə cinayət işi açılıb. Bildirilib ki, onları 7 ilə qədər həbs gözləyir.
2024/25 mövsümündə Torpedo Birinci Liqada 2-ci yeri tutub və bu, Moskva komandasına birbaşa RPL-ə yüksəlməyə imkan verib.
Aut.az
