Dünya futbolu

Pele Fondu Yamalı belə təbrik etdi – FOTO

Əfsanəvi Pelenin Fondu braziliyalının rekordunu qırması münasibətilə Lamin Yamalı təbrik edib .

Aut.az xəbər verir ki, fond bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Bu həftə biz Pelenin mühüm rekordunu Lamin Yamal adlı gənc oğlanın qırdığını gördük. O, böyük bir milli turnirin yarımfinalında mübarizə aparan ən gənc oyunçu oldu. Pele 17 yaş 244 günlük ikən 1958-ci ildə dünya çempionatında Fransaya qarşı oynayıb.

Eyni rəqibə qarşı ispaniyalı futbolçu matça 16 yaş 362 gündə çıxıb. Pele Fondu Lamin Yamalı karyerasının bu mühüm mərhələsi münasibətilə təbrik edir və bunun uzun və qalibiyyətli yolda ilk addım olmasını arzulayır”, – açıqlamada deyilir.

Pele Fondu Yamalı belə təbrik etdi – FOTO

Aut.az