Dünya futbolu

Bekhem doğum günündə qeyri-adi hədiyyə aldı – VİDEO

51 yaşı tamam olan əfsanəvi futbolçu, “İnter Mayami” klubunun həmsahibi Devid Bekhem ailəsindən qeyri-adi hədiyyə alıb.

Aut.az xəbər verir ki, ona 6 yeni cins toyuq bağışlanıb. Paylaşılan videoda Bekhem yeni ev quşları ilə kifayət qədər xoşbəxt görünür.

Xatırladaq ki, 2024-cü ilin yanvarında həyat yoldaşı Viktoria Bekhem ona daha əvvəl toyuq hini hədiyyə etmişdi. Bu hin ailənin İngiltərənin cənub-qərbində yerləşən Kotsbolds bölgəsindəki evində qurulub.

Aut.az