Dünya futbolu

Od olmasa, tüstü çıxmaz – UEFA Rusiyanı qaytarır?

Rusiya Futbol İttifaqının ( RFU ) prezidenti Aleksandr Dyukov UEFA-nın Rusiyanı beynəlxalq arenaya qaytarmağa hazır olması ilə bağlı xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, Britaniyanın “İndependent” qəzeti Zambiya ilə oyundan sonra UEFA-nın Rusiyanı geri qaytarmağa hazır olduğunu yazıb.

“Bilirsiniz ki, od olmasa, tüstü çıxmaz”, – Dyukov bildirib.

FİFA və UEFA-nın 2022-ci il fevralın sonunda Ukraynadakı vəziyyətlə əlaqədar birgə qərarı ilə bütün Rusiya komandaları, o cümlədən milli komandalar beynəlxalq turnirlərdən kənarlaşdırılıb. O vaxtdan bəri Rusiya milli futbol komandası yalnız yoldaşlıq oyunları keçirib.

Aut.az