Dünya futbolu

Görün Messi Dembeleyə nə məsləhət görüb

PSJ-nin hücumçusu Usman Dembele keçmiş komanda yoldaşı Lionel Messidən aldığı məsləhətlər haqda danışıb.

Onlar hər ikisi əvvəllər “Barselona”da çıxış ediblər.

Aut.az xəbər verir ki, Dembele bu barədə “Pubity Sport”a danışıb.

“Lionel Messi mənə dedi ki, məqsədlərimə çatmaq istəyirəmsə, ciddi olmalıyam. Bundan sonra onu izləməyə və ondan öyrənməyə, meydanda etdiklərini izləməyə başladım.

Messi həmişə mənim sevimli futbolçum olub. Mənə “Barselona”nı sevdirən odur”, – Dembele deyib.

Lionel Messi 2000-ci ildən 2021-ci ilə “Barselona”da çıxış edib. Usman Dembele 2017-2023-cü illərdə Kataloniya klubunda oynayıb.

Aut.az