Dünya futbolu

Neymarı bu dəfə qarınağrısı tutdu

“Əl-Hilal”ın hücumçusu Neymar komandanın dünənki məşqini buraxıb.

Aut.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı braziliyalı qarınağrısı səbəbindən məşqə qatılmayıb.

4 noyabr 2024-cü ildə Neymar AFC Çempionlar Liqasında Esteghlal ilə matçda (3:0) ombasını zədələyib. O, çarpaz diz bağı zədəsindən sağaldıqdan sonra cəmi iki oyun keçirib.

Yanvarın 7-də “Əl-Hilal” Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/4 finalında “Əl-İttihad”la qarşılaşacaq.

Aut.az