Ronaldo “qol orucu”nu pozdu
Kriştiano Ronaldo “Əl-Nəsr”də qolsuzluq seriyasını qırıb.
Aut.az xəbər verir ki, 38 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunun matçında “Əl Raeda”ya qol vurub.
O, qarşılaşmanın 4-cü dəqiqəsində Sultan Əl Qanamın ötürməsindən sonra hesabı açıb.
Ronaldo bundan əvvəl “Əl-Hilal” (0-2), “Əl-Feyha” (0-0) və “Əl-Vahda” (0-1) klublarına qarşı üç oyunda qol vura bilməmişdi.
Ronaldo Ər-Riyad təmsilçisinin heyətində 15 matçda 12 qol vurub, 2 məhsuldar ötürmə edib.
Aut.az
