“Başa düşmürəm, mənim sözlərimdə hansı irqçilik var?”
Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku “Beşiktaş” haqda dediklərinə münasibət bildirib.
Daha əvvəl mütəxəssis “Dinamo”nun “Beşiktaş”la yox, Afrika yığması ilə oynadığını bildirib. Onun bu fikirləri irqçilik kimi qəbul edilmişdi.
“Beşiktaş”ı heç bir şəkildə gözdən salmadım. Əksinə, demək istədim ki, “Beşiktaş” bu mövsüm əcnəbilərdən yaxşı komanda toplayıb. “Beşiktaş”ın transfer işini tərifləmək üçün diqqətimi Afrikaya yönəltdim.
Sözlərimdə ayrı-seçkiliyin harada olduğunu anlamıram. Uzun illər afrikalı futbolçularla işləmişəm. “Beşiktaş”dakı çoxsaylı afrikalılarla bağlı sözlərim mənfi və ya ayrı-seçkilik deyildi. “Beşiktaş” bu mövsüm yaxşı transferlər edib və Türkiyədə çempionluq uğrunda mübarizə aparmağa hazırdır.
Türkiyə millisinin çalışdırıcısı olanda “Beşiktaş”, “Qalatasaray”, “Fənərbaxça” kimi böyük klublardan milliyə dəvət edəcək futbolçu tapa bilmirdim. Həm də ona görə ki, Türkiyədə onlar legionerlərə daha çox şans verirlər”, – “Ntvspor.net” Luçeskunun sözlərini sitat gətirib.
Aut.az
