Bu FOTO min sözə dəyər!
Keçmiş dünya çempionu, indi isə şərhçi və analitik, britaniyalı boksçu Toni Bellyu Daniel Dyubuanın WBA, IBF, IBO və WBO versiyaları üzrə ağır çəkidə çempion Aleksandr Usikə kəmərdən aşağı zərbəsi ilə bağlı ekspert rəyini bildirib.
“Boksda göbəkdən aşağı olan hər şey “kəmərin altında” kimi təsnif edilir! Bu mənim fikrim deyil, bu faktdır! Qaydalar budur! Şortikiniz göbəyinizi örtməməlidir, amma örtərsə, ora vura bilərsiniz! Bu şəkil min sözə dəyər!”, – Bellyu “Tvitter”də yazıb.

Aut.az
