Dünyanın ən güclü adamı o döyüş haqda: Ukraynalı şoka düşəcək
Britaniyalı boksçu və 2017-ci ildə dünyanın ən güclü adamı seçilən Eddi Holl ukraynalı boksçu Aleksandr Usik və niderlandlı Riko Verhuven arasında keçiriləcək titul döyüşü ilə bağlı gözləntilərini bölüşüb .
Aut.az xəbər verir ki, Usik və Verhoven mayın 23-də Misirin Giza şəhərində WBC-nin ağır çəki titulu uğrunda döyüşəcəklər.
“Düşünürəm ki, Riko bir çox insanı təəccübləndirəcək. Qazansa da, məğlub olsa da, Verhuven dünyanı şoka salacaq. Hamı onu artıq unutmuşdu.
Mən Verhuven ilə məşq etdim, o, planetin ən qorxulu adamıdır. Əgər planetdə döyüşmək istəməyəcəyiniz bir nəfəri seçməli olsaydınız, bu da Riko Verhuvendir . O, təhlükəli bir əclafdır.
Düzünü desəm, Riko Usik üçün böyük bir problem olacaq. Riko onu boksla məşğul etməyəcək, ona hücum edəcək. Boksçular isə buna öyrəşməyiblər. Ukraynalı şoka düşəcək”, – deyə Hall Ariel Helvani ilə müsahibəsində bildirib.
Aut.az
