Boks

Onu nokauta göndərəcək: Xan Usik-Tayson döyüşü haqda

Keçmiş dünya çempionu Əmir Xan ukraynalı boksçu Aleksandr Usiklə britaniyalı Tayson Fyuri arasında revanş görüşü haqda danışıb.

“Tysonun bu döyüşü erkən itirəcəyi ilə bağlı çoxlu proqnozlar oxudum, amma bunun baş verəcəyini düşünmürəm. Taysonun güclü tərəflərindən biri onun daha güclü şəkildə geri dönmək bacarığıdır. O, revanş görüşlərində rəqiblərinə qalib gəlməyi bilir. İlk döyüşdə Tayson ayağını qaz pedalından götürdü, amma indi onun gözlərində yanğın görürəm, yenidən çempion olmaq istəyir.

Əminəm ki, Tayson bu döyüşə həvəslə çıxsa, Usiki nokaut edib onu dayandıracaq”, – Xan qeyd edib.

Daha əvvəl Turki Əl-Şeyx bildirmişdi ki, WBC, WBA, WBO və IBO ağır çəkidə dünya çempionu Aleksandr Usık və keçmiş WBC çempionu Tayson Fyuri arasında revanş görüşü 21 dekabrda keçiriləcək.

Aut.az