İspaniya

“Real” “Qızıl top”un təşkilatçıları ilə əlaqəni kəsdi

“Real Madrid” “Qızıl top” mərasiminin təşkilatçıları, xüsusilə “France Football” jurnalı ilə münasibətlərini kəsib.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubu” matçların təşkili ilə bağlı suallardan başqa UEFA ilə hər hansı əlaqəni istisna edib. “Real” hesab edir ki, bundan sonra Vinisiusun nə vaxtsa “Qızıl top”a layiq görülməsi ehtimalı azdır, braziliyalı futbolçunun özü isə bu mükafatı almaq üçün başqa nə etməli olduğunu başa düşmür.

Xatırladaq ki, “Qızıl top 2024” mükafatı İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə verilib. “Real” mükafatlandırma mərasimini boykot edib.

Aut.az