31 il sonra ilk dəfə uduzdu
52 yaşlı nigeriyalı super ağır çəki boksaçısı Ayк İbeabuçi (21-1, 15 KO) peşəkar karyerasında ilk məğlubiyyətini alıb.
Aut.az xəbər verir ki, bu, Nigeriyanın Laqos şəhərində keçirilən boks gecəsində baş verib. İbeabuçi Kabir Tovalaviyə (27-16, 22 KO) uduzub. Özündən 7 yaş kiçik olan Tovalavi görüşdə hakimlərin yekdil qərarı ilə qalib elan olunub – 117:111, 115:113, 115:114.
Qeyd edək ki, İbeabuçi sonuncu dəfə 1994-cü ildə, həvəskar boksçu olarkən məğlub olub.
Ayк İbeabuçi 1990-cı illərin boks ulduzlarından hesab olunur. 1999-cu ilin martına qədər nigeriyalı 20 qələbə qazanıb. O, karyerasında Devid Tua və Kris Berd kimi tanınmış boksçuları da məğlub edib.
Lakin karyerasının zirvəsində olarkən Ayк cinsi zorakılıq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə rinqə qayıtmaq istədiyini açıqlasa da, bu dəfə Arizonada şərti azadlığa buraxılma qaydalarını pozduğuna görə yenidən həbs olunub. 2025-ci ilin avqustunda İbeabuçi İdris Afinni üzərində qələbə qazanıb.
Aut.az
