Boks

Tayson təsdiqlədi: Möhtəşəm boks gecəsi olacaq

Keçmiş şəksiz dünya çempionu, 59 yaşlı Mayk Tayson beş çəki dərəcəsində keçmiş dünya çempionu, 48 yaşlı  Floyd Meyvezerə qarşı döyüşəcəyini təsdiqləyib.

Aut.az xəbər verir ki, boksçunun sözlərini TMZ sitat gətirib.

“Floydla döyüş baş tutacaqmı? Bəli, baş tutacaq. Sən mənim imtina edəcəyimi düşünürsən? Mən öz işimlə məşğul idim. Floyd mənə meydan oxudu”, – Tayson deyib.

Möhtəşəm boks gecəsi 2026-cı ilin mart ayında keçiriləcək, məkan hələlik məlum deyil.

Aut.az