Liftdə əlil şəxsi döyən məşhur boksu imiş
Rusiyanın Altay diyarında liftdə əlil şəxsin döyülməsini əks etdirən videonun yayımlanmasından sonra cinayət işi açılıb.
Aut.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi Lenta.ru-ya məlumat verib.
İş xuliqanlıq maddəsi ilə araşdırılır. Zərərçəkmişin qohumlarının sözlərinə görə, hücum edən peşəkar boksçudur. Müstəntiqlər və polis onun şəxsiyyətini müəyyən edib və əlavə araşdırma aparılır.
Məlum olub ki, sözügedən şəxs boksçu Dmitri Suxotskidir. O, Rusiya çempionu, WBC CIS çempionu və WBO Avropa çempionu titullarına malikdir. O, həmçinin IBF beynəlxalq çempionu, WBO qitələrarası çempionu və Avropa Boks Assosiasiyasının kəmərinə sahib olub. Boksçunun özü hələlik vəziyyətlə bağlı şərh verməyib.
Aut.az
