Boks

İman Xəlif Rusiyaya dəvət edildi: Kim qarşı küncdədirsə…

Məşhur boksçu İman Xəlif qadın boksçular arasında Rusiya çempionatına dəvət olunub.

Aut.az xəbər verir ki, o, çempionata tamaşaçı kimi dəvət edilib. Bu təkliflə 2024-cü il Avropa çempionatının qalibi Yelena Jilyayeva çıxış edib.

“Bu hekayə haqqında eşitdik. Xəlifi Serpuxovdakı Rusiya çempionatına dəvət edirik. İman qadınların boksuna baxacaq, gəlin döyüşək və yoxlayaq. Biz heç nədən qorxmuruq, kim qarşı küncdədirsə, onunla döyüşəcəyik. Baxmayaraq ki, mövcud vəziyyət düzgün araşdırma tələb edir”, – TASS Jilyaevadan sitat gətirib.

Kişi olduğu iddia edilən Xəlif 2024-cü il Olimpiadasına buraxılıb və burada 66 kq-a qədər çəki dərəcəsində qadınlar arasında keçirilən turnirdə qızıl medal qazanıb.

Aut.az