Boks

Rafael məğlub oldu

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirib.

Aut.az xəbər verir ki, 32 yaşlı idmançı UFC 313 turnirində ABŞ təmsilçisi Castin Qeyci ilə üz-üzə gəlib.

Üç raundun yekununa əsasən R.Fiziyev rəqibinə uduzub.

Qeyd edək ki, 2023-cü ilin martında UFC 286 turnirində də R.Fiziyev C.Qeyciyə məğlub olmuşdu.