Boks

Sabiq dünya çempionu öldü

Boks üzrə keçmiş dünya çempionu, cənubi afrikalı Dinqaan Tobela 58 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın idman, incəsənət və mədəniyyət naziri Zizi Kodva məlumat verib.

“Tobelanın ailəsinə və Cənubi Afrika boks ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Mən Rozu Souetonun (Tobelanın ləqəbi) ölümünə yas tutan milyonlarla insana qoşuluram”, – “SA-News”  nazirdən sitat gətirib.

Hazırda ölüm səbəbi barədə məlumat verilmir.

Aut.az