Dünya futbolu

Səfərbəyov onu vurdu, ara qarışdı: Futbol oyununda kütləvi dava

Moskvada həvəskar futbol liqası komandalarının oyunu dava və xəsarətlərlə başa çatıb.

Aut.az xəbər verir ki, “Baza”nın məlumatına görə, görüş YZAO ilə “Xosa”nın oyununda birincilər 12:0 hesablı qələbə qazanıblar.

Məğlublar oyun boyu sərt və kobud olublar. Bildirilir ki, matçdan sonra “Xosa” klubunun yarımmüdafiəçisi Surac Səfərbəyov rəqib futbolçu Aleksey Spasenovun sifətinə zərbələr endirib. B

Bildirilir ki, oyun zamanı Səfərbəyov hakimin qərarına “aqressiv şəkildə qəzəbləndi” və Spasenov onu “qışqırmağa yox, gözəl futbol nümayiş etdirməyə” çağırıb.

Buna görə də Səfərbəyov onunla məşğul olmaq qərarına gəlib. “Baza” yazır ki, Spasenovdan sonra Surac onun komanda yoldaşı Nikita Zaxarovu da vurub.

Daha sonra “Xosa” azarkeşləri meydana girərək YZAO-nun oyunçularını döyüblər.

Komandanın bəzi futbolçuları xəstəxanaya müraciət etməli olublar.

Aut.az