Futbolda inqilab olacaq: Oyun vaxtı azaldılır
Londonun “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta etiraf edib ki, tezliklə futbol matçlarında oyun vaxtının azaldılması istiqamətində dəyişiklik ola bilər.
“Yaxın gələcəkdə daha qısa futbol matçları görmək üçün real ehtimal var. Biz artıq Çempionlar Liqasının dəyişdirilmiş formatını almışıq, ona görə də bu, tamamilə mümkündür”, – jurnalist Fabritsio Romano sosial şəbəkələrdə Artetanın sözlərini sitat gətirib.
Daha əvvəl KİV-də FİFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) matçların vaxtının 60 dəqiqəyə endirilməsi variantını nəzərdən keçirdiyi, “saf oyun vaxtı”na keçidlə bağlı məlumatlar yayılıb.
Aut.az
