Məşhur pilotun qayıdışı: F1-in yeni komandası heyəti seçir
2026-cı il mövsümündə yarışlara başlayacaq yeni Formula 1 komandası “Kadillak” artıq pilotlar sırasını formalaşdırmaq haqqında düşünür.
Aut.az xəbər verir ki, komanda rəhbərliyi Daniel Rikkardonu dəvət etmək istəyir.
2024-cü il çempionatı zamanı sürücü RB sırasındakı yerini itirdi və F1-də karyerasını bitirdiyini elan etdi.
Amma indi “Kadillak” avstraliyalıya şans verməyə hazırdır.
Rəhbərlik hesab edir ki, Rikkardo sürətli sürücü olaraq qalır və Danielin ABŞ-da böyük populyarlığı mühüm amildir. O, “Red Bull”, “Renault”, “McLaren” və RB-də çıxış edib.
O, 258 qran-pri yarışında iştirak edib, 8 yarışda qalib gəlib və üç dəfə poul mövqeyindən başlayıb.
Bildirilir ki, komanda amerikalı yarışçını ikinci pilot kimi götürmək istəyir.
Aut.az
