Boks

Dövrümüzün ən yaxşı boksçusunun adını açıqladı

8 çəki dərəcəsində dünya çempionu olan Menni Pakyao maraqlı açıqalama verib.

Aut.az xəbər verir ki, çəki dərəcəsindən asılı olmayaraq dövrümüzün ən yaxşı boksçusunun adını açıqlayıb:

“Mənim üçün çəki dərəcəsindən asılı olmayaraq dövrümüzün ən yaxşı boksçusu Terens Kruford deyil, Naoya İnuedir.

Kroufordla döyüşmək istəsəydik, döyüş hansı çəki dərəcəsində olardı? Çox güman ki, orta çəkidə (67 kq-a qədər) döyüşəcəkdik”.

Qeyd edək ki, 31 yaşlı yaponiyalı Naoya İnue ikinci ağır çəki dərəcəsində şəksiz dünya çempionudur. O, peşəkar rinqdə 27 döyüş keçirib və 27 qələbə qazanıb.

Aut.az