Azərbaycan Parisdə 3-cü medalını qazandı
Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Aut.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.
Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.
Dominqes finala gedən yolda ispaniyalı Enmanuel Reyes Pla ilə qarşılaşacaq. Görüş avqustun 4-də gerçəkləşəcək.
Qeyd edək ki, dəri əlcək ustası 1/8 finalda ikiqat olimpiya çempionu Xulio Sezar la Kruzu (Kuba) məğlub etmişdi.
Alfonso yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. Bu da o deməkdir ki, Azərbaycan Parisdə 3-cü medalını qazanıb. Buna qədər cüdoda iki qızıl medal əldə edilib.
Aut.az
