Taysonun bu döyüşə reaksiyası: Mənə 150 milyona başa gəldi – VİDEO
Ağır çəkidə sabiq dünya çempionu Tayson Fyuri Entoni Coşuanın (28-4, 25 KO) IBF çempionu Daniel Dyubuaya (22-2, 21 KO) qarşı döyüşdə gözlənilməz məğlubiyyətinə məzəli reaksiya verib.
Aut.az xəbər verir ki, Coşuanın nokauta düşməsindən dərhal sonra Fyuri kənarda menecer Spenser Braun ilə söhbət edib.
“Bu, 150 milyona başa gəldi”, – Fyuri deyib.
“Sən hələ də onunla döyüşəcəksən…”, – Braun onu sakitləşdirməyə çalışıb.
Tayson Londonda boks gecəsinin təşkil edən Səudiyyə Ərəbistanının Əyləncə Baş Direktorluğunun sədri Turki Əl-Şeyxə müraciət edərək, “Türki, pulu mənə elə indi ödəsəniz daha yaxşı olar” deyib.
Aut.az
"That's cost me £150 million!" 😅🤣
Tyson Fury's immediate reaction to AJ getting KO'd 🤑#JoshuaDubois pic.twitter.com/PeraMGLrHD
— Boxing on TNT Sports (@boxingontnt) September 22, 2024
